İkiqat olimpiya çempionu, 23 yaşlı norveçli Yakob İnqebriqtsen Sileziyada (Polşa) keçirilən Brilyant Liqasının yarışında qalib olub.
Teleqraf.com xəbər verir ki, İnqebriqtsen 3 min metr məsafəni 7 dəqiqə 17,55 saniyəyə qət edib və bununla da keniyalı Daniel Komenin 1996-cı ildə qeydə alınan rekordunu (7 dəqiqə 20,67 saniyə) yeniləyib.
Inqebriqtsen 1500 metr məsafədə 2020-ci il Olimpiya çempionu, 5 min metr məsafədə Paris Olimpiadasının çempionu, eyni məsafədə 2022 və 2023-cü illərdə dünya çempionu, altıqat Avropa çempionu və yüngül atletika üzrə beşqat Avropa çempionudur.