29 Avqust 23:13
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matça hazırlaşmaq çətin idi. Birinci qarşılaşmada 0:6 hesabı ilə uduzmuşduq. Amma bugünkü görüşə maksimum köklənmişdik.

Teleqraf.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qalib gəldikləri (1:0) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis sonadək mübarizə aparmaq istədiklərini söyləyib:

"İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan sonra dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qalibiyyət başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik".

Qeyd edək ki, səfərdə rəqəbinə 0:6 hesabı ilə uduzan "Zirə" turnirlə vidalaşmalı olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər