8 Sentyabr 21:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxır.

Teleqraf.com xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gəlir. "Koşitse Futbol Arenası"nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Polşadan olan hakimlər briqadası idarə edir.

Azərbaycan millisi 1-ci turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub.

Slovakiya seçməsi isə 1-ci matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Millətlər Liqası, qrup mərhələsi, 2-ci tur

C liqası, 1-ci qrup

8 sentyabr

20:00. Slovakiya - Azərbaycan - 2:0 (Birinci hissə)

Qol: Duda, 22 - pen.

Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər