9 Sentyabr 22:58
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə də qarşılaşacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər