13 Sentyabr 22:18
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, III Moldova ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı – İvan Şitko 1:0
Nicat Abasov – Andrey Makovey 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər