16 Aprel 2014 22:48
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Land of Fire Azerbaijan” reklamı daşıyan “Atletiko”(Madrid) Hindistanda da mübarizəyə qoşulacaq.

Teleqraf.com xəbər verir ki, ötən il bünövrəsi qoyulan və bu ilin sentyabrında startı veriləcək çempionatda iştirak edəcək "Kolkata" komandasını Madrid təmsilçisi satın alıb. “Atletiko Madrid CEO”-su prezidenti Anxel Gil Marin bu münasibətlə sevincini belə ifadə edib.

“Yerli partnyorlarımızla Hindistanda bir kluba sahib çıxan ilk komanda olduq”.

Hindistan superliqasında 8 komanda mübarizə aparır. Hər komandanın heyətində 22 futbolçu var. Onlardan 10-u əcnəbi olacaq. 4 nəfər komandanın yerləşdiyi ərazidən , qalan 8-i isə Hindistanın istənilən yerindən ola bilər.

Aygün İlqarqızı


Müəllif: