10 Mart 2015 16:59
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Qaziosmanpaşada təcavüzə məruz qalaraq ürəyindən bıçaq yarası alan “Beşiktaş” futbol akademiyasının yetirməsi 16 yaşlı Servet Dündar komadan ayılmayıb.

Publika.az xəbər verir ki, fevralın 28-də qohumlarıyla restoranda şam yeməyindən sonra evinə gedərkən yeniyetmə qapıçı 5 soyğunçunun hücumuna məruz qalıb. Ürəyindən bıçaq zərbəsi alan Servet dərhal xəstəxanaya çatdırılandan sonra ürək massajıyla həyata qaytarılıb. Amma 9 gün komada qaldıqdan sonra həyat mücadiləsi bitib.

Qohumlarının dediyinə görə, gənc qapıçı xəstəxanaya gətirilərkən üzərində telefonu, pul kisəsi və qol saatı olmayıb.


Müəllif:

Oxşar xəbərlər