11 Mart 2015 12:13
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay millisinin və PSJ-nin hücumçusu Edinson Kavani nə vaxtsa sabiq klubu "Napoli"yə qayıda biləcəyini deyib.

Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu bunun üçün neapolluların qarşısına şərt qoyub:

"Napoli" mənim karyeramda böyük rol oynayıb. Özümü dünyaya məhz bu klubda tanıtmışam. İndi də Neapolun adı çəkiləndə kövrəlirəm. Gələcəkdə yenidən "Napoli"də oynamağı çox istərdim. Bu barədə ailəmlə də söhbətim olub. Ancaq Neapol klubuna qayıdışım tək bir halda mümkündü. O da klub prezidenti Aurelio De Laurentisin komandadan getməsidir".

Edinson Kavani 2010-cu ildən 2013-cü ilə kimi "Napoli"nin şərəfini qoruyub. Uruqvaylı hücumçu bu müddətdə neapolluların heyətində keçirdiyi 138 oyunda 104 qola imza atıb. 2013-cü ildə klub prezidenti Laurentis maaşının artırılmasıyla bağlı rəhbərliyə təzyiq etməsini səbəb göstərərək, hücumçunu sərt tənqid etmişdi. Klub prezidenti elə həmin il Kavanini PSJ-yə satmışdı.


Müəllif:

Oxşar xəbərlər