İbrahimoviç dediyi sözlərə aydınlıq gətirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “PSJ”-nin hücumçusu Zlatan İbrahimoviç Fransa Liqa 1-in XXIX turunda “Bordo”ya 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra Fransa haqqında neqativ sözlər dediyinə görə üzr istəyib. İsveçli forvard bunları dilə gətirib:
“Sözlərim nə Fransanın, nə də fransızların ünvanına yönəldilib. Mən yalnız futbol haqqında danışırdım. Matçı uduzdum və bununla barışmalıyam, ancaq onunla razılaşmaq mümkün deyil ki, hakim özü qaydalara riayət etmir.
Belə hal ilk dəfə deyil ki, baş verir. Əsəblərin də sərhədi var, bəzən sözlər fikirlərdən irəli gəlir. Mənim fikirlərim kimə toxundusa, onlardan üzr istəyirəm”.
33 yaşlı futbolçu “15 illik karyeram ərzində bu iyrənc ölkədəki kimi pis hakimlər görməmişəm. Bu ölkə “PSJ”-yə layiq deyil” - demişdi.
Rüstəm