Bu gün İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Liverpul" doğma meydanda "Mançester Yunayted"i qəbul edib.
Trend-in məlumatına görə, qonaqlar oyuna daha fəal başlayıblar. Bunun məntiqi sonluğu kimi Xuan Mata 14-cü dəqiqədə hesabı açıb.
İkinci hissənin əvvəlində kapitan Stiven Cerrardın birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması meydan sahiblərinin işini daha da çətinləşdirib.
59-cu dəqiqədə Mata dubla imza atıb. 10 dəqiqə sonra Starric fərqi azaldıb.
Oyunun son dəqiqələrində Runi penalti zərbəsindən yararlana bilməyib - 1:2.
Beləliklə, "Liverpul" doğma meydan amilindən istifadə edə bilməyib. Nəticədə "Mançester Yunayted" xalını 59-a çatdıraraq 4-cü sıradakı mövqeyini gücləndirib. "Liverpul" 54 xalla 5-cidir.