25 Mart 2015 07:44
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güvənc Kurtarın "Adanaspor"dan istefasından sonra daha bir Türkiyə klubu baş məşqçisiz qalıb.

Teleqraf.com-un ans-ə istinadən məlumatına görə, Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"un baş məşqçisi Mehmet Özdilek postunu tərk edib.

Məlumata görə, çalışdırıcının istefası bu gün klubun İdarə Heyəti tərəfindən qəbul edilib. Uğur Tütünekerin istefasından sonra qış fasiləsində komandanın başına keçən Mehmet Özdilek 9 matçda 2 qələbə qazanıb və 7 dəfə məğlub olub.

Onun "Kayseri Ərciyəsspor"dakı fəaliyyəti 2.5 ay davam edib.


Müəllif: