28 Mart 2015 22:14
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb.

Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.

Qeyd edək ki, "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya – Rusiya matçında xoşagəlməz hal yaşanıb.

Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fakel atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Qarşılaşma isə dayandırılıb./trend/


Müəllif:

Oxşar xəbərlər