Braziliyalı məşhur futbolçu Aleks de Souzanın vida matçı təşkil olunub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Palmeyras”ın 1999-cu ildəki əfsanəvi heyətindən ibarət komanda ilə “Aleksin dostları” komandası üz-üzə gəlib. Matç “Palmeyras 1999”un 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyundakı bir epizodda Aleks cərimə zərbəsini yerinə yetirməyə hazırlaşan zaman hakimin topun qarşısına spreylə “Aleks” yazması da əfsanəvi futbolçu üçün gözəl jest olub.
Xatırladaq ki, 2004-2012-ci illərdə “Fənərbağça”nın şərəfini qoruyan Aleks de Souza keçirdiyi 378 oyunda 185 qol vurub.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm