4 Aprel 2015 10:37
2 259

"Zenit"in azərbaycanlı futbolçusu Ramil Şeydayev Rusiya U-19 millisinin heyətində AVRO-2015-in bombardirlər siyahısına başçılıq edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, gənc hücumçu Avropa Çempionatının seçmə və elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.

Rusiya seçmə mərhələdə Farer adaları (7:0), Şimali İrlandiya (5:2) və Çexiyaya (3:0) qalib gəlmişdi. Martın 27-dən 31-dək İsveçdə təşkil olunan Elit raund mərhələsində isə qonşu ölkə yığması Belçikaya (1:0), İsveçə (6:0) və Litvaya (3:1) gücünü göstərib.

Şeydayev bombardirliklə yanaşı rəqib qapısı qarşısında yaratdığı qol vəziyyətləri sayına (20) görə də liderdi. Ən məhsuldar ötürmə verən (5) futbolçular arasında ikincidi.

Rusiya U-19 millisinin də vəsiqə qazandığı final mərhələsinin oyunları iyulun 6-dan 19-dək Yunanıstanda təşkil olunacaq.

AFFA daha öncə Ramil Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi.

Rüstəm


Müəllif: