Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları eyni günə nəzərədə tutulub.
Premyer Liqanın lideri "Qarabağ" çempionatın autsayderi "Bakı"nın qonağı olub. Ağdam təmsilçisi bu görüşün əsas favoriti hesab olunsa da, matda 1:1 hesabı qeydə alınıb.
Turun maraq doğuran oyunlarından biri Zaqatalada keçirilib. Burada yerli "Simurq" "Neftçi"ni sınağa çəkib. Paytaxt klubu matçın 72-ci dəqiqəsində azlıqda qalsa da, görüşdən qələbə ilə ayrılıb – 1:0.
Son turlar uğurlu oyunu ilə diqqət çəkən "Qəbələ" Bakıda AZAL-ın qonağı olub. Roman Qriqorçukun komandası səfərdə dörd cavabsız qolla qalib gəlib.
Turun son görüşündə "İnter" və "Xəzər Lənkəran" münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "İnter"in 2:0 hesabı ilə qalib gəlib.
5 aprel (bazar)
Azərbaycan Premyer Liqası, 28-ci tur
18:00. “İnter” – “Xəzər Lənkəran” - 2:0
Qol: Derlis Meza Kolli, 54-pen (1:0), Voislav Stankoviç, 76 (2:0)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”.
17:00. “Bakı” – “Qarabağ” - 1:1
Qol: Reynaldo, 26 (0:1), Nurlan Novruzov, 39-pen. (1:1)
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00
17:00. “Simurq” – “Neftçi” - 0:1
Qırmızı vərəqə: Karlos Karodozo, 72 ("Neftçi")
Qol: Nikolas Kanales, 82
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.
17:00. AZAL – “Qəbələ” - 0:4
Qollar: Cavid Hüseynov, 24 (0:1), Viktor Mendi, 26 (0:2), Cavid Hüseynov, 41 (0:3), Ekiqo Ehiosun, 86 (0:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
AZAL Arena, 17:00