10 Aprel 2015 10:47
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martin Edeqor "Real"ın əvəzedici komandası - "Kastilya" ilə birgə məşqlərə çıxmır.

Teleqraf.com xəbər verir ki, Kral klubu 3 milyon avroya transfer edən futbolçuya həftədə 5 dəfə əsas komanda ilə birgə çalışacağına dair söz vermişdi. Ancaq "Real"ın sözünə əməl etməməsi Edeqorun qəzəbinə səbəb olub. AS-ın məlumatına görə, gənc istedad məhz elə bu səbəbdən "Kastilya"nın məşqlərində iştirak etmir. O, yalnız oyunöncəsi çalışmalara qatılır.

Məşqçilər qərargahı futbolçunun özü və atası ilə görüşsə də, Edeqor inadından dönməməkdə israr edir.

16 yaşlı yarımümdafiəçi "Kastilya"nın son iki oyununda əsas heyətə daxil edilməyib.

Rüstəm


Müəllif: