"Porto"nun müdafiəçisi Aleks Sandro karyerasını İtaliyada davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, "Yuventus" braziliyalı futbolçu ilə yaxından maraqlanır. "Qoca Sinyora"nın skautları "Porto"nun "Bavariya" ilə oynadığı matçı birbaşa arenadan izləyiblər. "Yuventus" yayda müdafiəçini heyətinə qatmaq istəyir.
"Yuve" ilə yanaşı, "Mançester Siti" və "Atletiko" da Aleks Sandronu transfer etmək niyyətindədi. Onun sərbəst qalma dəyəri 50 milyon avro təşkil edir.
Rüstəm