Bakıda təşkil olunan UEFA-nın növbəti İnkişaf turnirində II turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma baş tutub.
Azərbaycanın 16 yaşadək qadın futbolçulardan ibarət yığması Qazaxıstanla qarşılaşıb. İlk görüşdə Gürcüstanı 5:0 hesabı ilə məğlub edən millimiz bu oyunda da qələbə qazanmağa çalışıb. Lakin bu görüşdə tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.
Qeyd edək ki, günün ilk oyununda Yunanıstan və Gürcüstan münasibətlərinə aydınlıq gətirib. İlk görüşündə Qazaxıstanı 10 cavabsız qolla məğlub edən yunanlar bu dəfə rəqib qapısından 7 qol keçiriblər - 7:0.
17 aprel
16:00. Azərbaycan – Qazaxıstan - 0:0
Bayıl stadionu
14:00. Yunanıstan – Gürcüstan - 7:0
“Dalğa Arena”