19 Aprel 2015 17:54
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kvins Park"ın forvardı Çarli Ostin karyerasını "Sauthempton"da davam etdirə bilər.

Teleqraf.com "The Mirror"a istinadən xəbər verir ki, ingilis futbolçu London klubunu tərk etmək istəyir. O, komanda Premyer Liqada qalsa belə, fikrini dəyişməyəcək.

"Nyukasl" da Ostinlə yaxından maraqlanır. "Sağsağanlar" hücumçuya görə klubuna 10 milyon funt ödəməyə hazırdı.

Cari mövsümdə 30 matçda meydana çıxan Ostinin aktivində 17 qol, 4 məhsuldar ötürmə var. O, bombardirlik yarışında zirvəni bölüşdürən Aquero, Keyn və Kostadan cəmi iki qol geri qalır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər