Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Aleksandr Hleb türk məşçiləri təhqir edib.
Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına açıqlamasında belaruslu hümumçu türk mütəxəssislərin futboldan az anladığını deyib:
"Karyeram boyunca dünyanın ən güclü məşqçiləri ilə işləmişəm. Arsen Venqerdən tutmuş Pep Qvardiolaya qədər. Mourinyo və Aleks Ferqisonun da əsl əfsanə olduğunu düşünürəm. Amma türk məşqçilər axmaqdır. Meydanda ancaq qaçmağı tələb edib sadə taktikalar tətbiq edirlər"