21 Aprel 2015 15:23
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sent-Etyenin “Ceffrua-Qişar” stadionunda dünya ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçirilib.

Teleqraf.com xəbər verir ki, Zinəddin Zidan və Ronaldonun dostlarının komandası “Sent-Etyen”nin keçmiş və indiki futbolçularına qarşı oynayıb. 34 min azarkeşin izlədiyi qarşılaşma olduqca baxımlı alınıb. Qapılara 16 qol vurulub. Zidan və Ronaldonun dostlarının komandası 7:9 hesabı ilə məğlub olub.

Azarkeşlər Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldonun oyunundan zövq alıblar. “Yekədiş” artıq çəkiyə baxmayaraq, qol vurma duyumunu itirmədiyini göstərib. O, rəqib qapısından 3 qol keçirib.

“Sent-Etyen”nin heyətində hazırda Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq 3 dəfə fərqlənib.

Xeyriyyə oyununda Klarens Zeedorf, Fabian Bartez, Edvin Van Der Sar, David Trezeqe kimi məşhur ulduzlar iştirak edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər