Türkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Milli Olimpiya Komitəsindən məlumat yayılıb. Komitənin məlumatına əsasən, I Avropa Oyunlarına Türkiyədən ümumilikdə 184 idmançı qatılacaq.
“Türkiyə ümid edir ki, ölkəni I Avropa Oyunlarında təmsil edən idmançılar yüksək nailiyyətlər əldə edəcək ki, bu da onların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına şərait yaradacaq” – deyə komitədən bildirilib.
Rüstəm