5 May 2015 18:14
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" klubu baş məşqçisi Joze Mourinyo ilə müqavilə yeniləməyi planlaşdırır.

London klubu portuqaliyalı mütəxəssislə müqavilənin müddətini daha 2 illiyinə uzadacaq.

Mourinyonun "Çelsi"dəki işindən razı qalan rəhbərlik təcrübəli mütəxəssisi ən azı 2019-cu ilə komandada saxlamaq niyyətindədir. Premyer Liqada sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirən "Çelsi"nin çalışdırıcısı da uzun müddət komandada qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Mourinyonun "Çelsi" ilə mövcud müqaviləsi 2017-ci ildə başa çatacaq./qol.az/


Müəllif:

Oxşar xəbərlər