"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 0:3 hesabı ilə uduzduqları ilk matçdan sonra fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini şərh edib:
"Oyuna nəzarət etməyə çalışdıq. Birinci hissədə qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. İkinci hissədə "Barselona"nın futbolçularının daha yaxşı oynaması sözünü dedi.
0:3 hesabı oyuna görə deyil. Ancaq daha keçmişə qayıda bilmərik. "Barselona" yaxşı oynadı və boşluqlardan yaxşı istifadə edərək qalib gəldi. Onlara boşluqlar yaratmamalıydıq.
"Barselona" bütün mövqelərdə yaxşı oynadı. Münhendə cavab qarşılaşmasında əlimizdən gələni etməliyik".
Rüstəm