29 May 2015 02:57
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA rəhbəri seçkilərində hazırkı prezident Yozef Blatterin qələbə qazanacağı təqdirdə UEFA FİFA İcraiyyə Komitəsindəki yerlərindən imtina edəcək, qərar on gün ərzində veriləcək.

APA-nın “”RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib.

“Səsvermədə qələbə qazanmayacağımız təqdirdə FİFA-nın İcraiyyə Komitəsində iştirak etməməyimizə dair qərar qəbul edə bilərik. Qərar vermək üçün 10 gün vaxtımız olacaq”, deyə Platini mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.


Müəllif:

Oxşar xəbərlər