Bu gün İspaniya Kubokunun final oyunu keçirilib.
Trend-in məlumatına görə, həlledici görüşdə "Atletik" və "Barselona" komandaları qarşılaşıblar.
Hesabı 20-ci dəqiqədə Messi açıb. 16 dəqiqə sonra Neymar fərqi artırıb. 74-cü dəqiqədə Messi dubla imza atıb.
Bilbao təmsilçisi isə yalnız 1 təsəlli qolu ilə kifayətlənib - 1:3.
Beləliklə, artıq İspaniya çempionu olmuş "Barselona" cari mövsümdə ikinci kuboku başı üzərinə qaldırıb.
Xatırladaq ki, Kataloniya təmsilçisi iyunun 6-da Çempionlar Liqasının Berlində keçiriləcək final oyununda "Yuventus"la qarşılaşacaq.