5 İyun 2015 18:30
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veridiyimiz kimi, bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda əsas müzakirə mövzusu əcnəbi futbolçuların üzvlük haqqı ilə bağlı olub.

Publika.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən Klublar Komitəsinin sədri Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsinə iki təklif irəli sürəcəklərini vurğulayıb:

“Variantlardan biri odur ki, əcnəbi futbolçulara görə ödənilməli olan üzvlük haqqı ləğv olunsun. Yəni klublar üzvlük haqqını ümumi şəkildə ödəsinlər. Əgər bu qəbul olunmasa, digər varianta baxılmasını xahiş edəcəyik. Digər variant isə ondan ibarətdir ki, hər klub cəmi 3 əcnəbi futbolçuya görə üzvlük haqqı versin. Çünki Avropada əcnəbilərə görə rüsum məbləği ödənilmir”.

Komitə sədri müzakirə olunan digər məsələnin isə yayımla əlaqədar olduğunu deyib: “Biz istəyirik ki, yayım məsələsini mexanizm şəkildə təşkil edək. Yayım hüququ klublara məxsus olsun və onlar özləri kanallarla danışıq aparsınlar. Belə bir təklif də irəli sürmək istəyirik ki, hansısa komandanın oyunlarını canlı yayımlayacaq kanal qarşılığında həmin klubun sponsorunun məhsullarını reklam etsin”.

Nadirov yuxarıda sadalanan iki məsələ ilə bağlı Klublar Komitəsində qərar qəbul edildiyini və həmin qərarların AFFA İcraiyyə Komitəsinə təklif ediləcəyini söyləyib.


Müəllif:

Oxşar xəbərlər