7 İyun 2015 17:42
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA prezidenti Mişel Platini "Yuventus"un futbolçusu Pol Poqba haqda danışıb.

Platini Poqbanın 100 milyon avro dəyərində olmadığını bildirib:

"Poqba əla futbolçudur. Ancaq onun dünyanın ən yaxşı futbolçusu olacağına əmin deyiləm.

Bu haqda danışmaq hələ tezdir. Çünki o hələ gəncdir. Poqba 100 milyon avro dəyərində deyil. Ümumiyyətlə, heç bir futbolçunun qiyməti 100 milyon avro ola bilməz".(qol.az)


Müəllif: