2026-cı il Dünya Çempionatının tender prosesi, 2018 və 2022-ci illərdə keçiriləcək yarışların ətrafındakı iddialarla əlaqədar olaraq təxirə salınıb.
FİFA baş katibi Jerome Valcke bildirib ki, indiki şəraitdə prosesi başlatmaq “ağılsızlıq” idi.
2026-cı il Dünya Çempionatının harada keçiriləcəyinə dair səsvermənin 2017-ci ilin may ayında Kuala Lumpurda baş tutacağı gözlənilir.
ABŞ yarışın keçirilməsinə əsas namizəddir, lakin Kanada, Meksika və Kolumbiyanın da yarışda maraqlı olduğu hesab edilir.
Rusiya və Qatar, 2010-cu ildə FİFA-nın 22 icraçı üzvü tərəfindən keçirilmiş gizli səsvermədən sonra, müvafiq olaraq 2018 və 2022-ci illlərdə Dünya Çempionatlarına ev sahibi seçiliblər.
Lakin İsveçrəli ittihamçılar indi tender prosesi ətrafında iddia olunan maliyyə pozuntularını araşdırırlar.