24 İyun 2015 00:08
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-25-də Bakıda, Fəvvarələr meydanında “Street Athletics Baku-2015” nadir atletika turniri keçiriləcək. Turnirin ilk günündə şüvüllə tullanma, ikinci günündə isə hündürlüyə tullanma yarışları baş tutacaq.

İyunun 23-də turnirin açılışına həsr olunan mətbuat konfransı keçirilib.

Bildirilib ki, 25 atletin qatılacağı, öz ənənələri ilə populyar olacaq bu turnirdə əvvəlcə şüvüllə tullanan kişi və qadınlar yarışacaqlar. Sonra isə meydan hündürlüyə tullanan atletlərin ixtiyarına veriləcək. Turnirin nadir cəhəti ondan ibarətdir ki, şüvüllə tullananlar düzünə, hündürlüyə tullananlar isə qövsvari tullanacaqlar. Təşkilatçılar bütün nüansları nəzərə alıblar ki, həm şüvüllə, həm də hündürlüyə tullananlar üçün yarışmaq rahat olsun.

Qeyd edilib ki, şüvüllə tullanan atletlərin yarışında almaniyalı dünya çempionu Rafael Holtsdeppe, polşalı Petr Lisek, rusiyalı Aleksandr Qripiç, britaniyalı Stiven Lyuis və çexiyalı Mixal Balner də iştirak edəcəklər.

Hündürlüyə tullanan idmançılar arasında isə məşhur ukraynalılar - Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov, Aleksey Dmitrik və çexiyalı Yaroslav Baba də yer alacaq.

“Street Athletics Baku 2015” turnirinin idman direktoru ukraynalı sabiq atlet, 2000-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Qovorovadır.


Müəllif:

Oxşar xəbərlər