27 İyun 2015 18:50
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" Serxio Ramosu 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə "AS" məlumat yayıb. "Mançester Yunayted"in növbəti təklifinin 70 milyon avro olacağı gözlənilir. "Real" David De Xeanın Ramos transferinin tərkib hissəsi olmasını istəmir.

Florentino Peres Ramosa zəng edərək gələcəkdə ona bel bağladığını bildirib. Ancaq ispan futbolçu 10 milyon avro məvacib tələbini növbəti dəfə irəli sürüb.

"MY" Ramosa 5 il ərzində 55 milyon avro ödəməyə hazırdı.

Rüstəm


Müəllif: