27 İyun 2015 19:33
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun yarıımmüdafiəçisi Arda Turan Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb. PSJ, "Milan" və "Mançester Yunayted"dən sonra "Barselona" da türkiyəli futbolçunu heyətinə qatmağa çalışır.

Mənbənin yazdıqlarına inansaq, baş məşqçi Luis Enrike prezident Jozep Maria Bartomeudan Ardanın transfer edilməsini istəyib. 28 yaşlı yarımmüdafiəçinin sərbəst qalma məbləği 41 milyon avro təşkil edir.

Geridə qalan mövsümdə La Liqada 32 matçda meydana çıxan Ardanın aktivində 2 qol, 4 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər