7 İyul 2015 00:43
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə superliqa klublarından "Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.

Komandanı yeni mövsümdən Rza Çalımbay çalışdıracaq.

O, bu vəzifədə daha öncə istefaya göndərilən Öndər Özəni əvəzləyəcək. 52 yaşlı mütəxəssislə sabah 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Çalımbay ötən mövsüm superliqa klublarından "Mersin İdmanyurdu"nu çalışdırıb.


Müəllif: