7 İyul 2015 18:57
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya zonası üzrə keçirilən "DÇ-2018"in seçmə mərhələsində Şimali Koreya ilə qarşılaşan Yəmən yığmasına texniki məğlubiyyət verilib.

Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Yəmən millisinin baş məşqçisi Miroslav Soukupun cəzalı futbolçunu oynatması səbəb olub.

Mudir Abdurabu Əli Əl Radai cəzalı durumda olmasına baxmayaraq, Şimali Koreya ilə görüşdə meydana çıxıb. Oyun 1:0 hesabı ilə Şimali Koreyanın qələbəsi ilə başa çatıb. Lakin FİFA qayda pozuntusuna görə Yəmən millisinə 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Yəmən millisi sonuncu pillədə qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər