24 İyul 2015 13:12
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqanın II təsnifat mərhələsi başa çatdıqdan sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Bu həftə avrokuboklardakı təmsilçilərimiz “Qarabağ”, “İnter” və “Qəbələ” ölkə reytinqinə ümumilikdə 0,625 xal qazandırıblar. Bununla da, Azərbaycan reytinq siyahısında Serbiyanı keçib. Hazırda Azərbaycanın 11.250, Serbiyanın 11.125 reytinq xalı var. Azərbaycan 28-ci pillədə qərarlaşıb.


Serbiyanın hazırda avrokuboklarda 2, Azərbaycanınsa 3 klubla yoluna davam etdiyini nəzərə alsaq, ölkəmizə serbləri keçmək üçün yaxşı fürsət yaranıb. Bundan əlavə, Bolqarıstan və Sloveniya təmsilçilərinin cari avrokubok mövsümündə çıxışını dayandırdığını nəzərə alsaq, ölkəmiz 26-cı pilləyə qədər irəliləyə bilər.

Publika.az


Müəllif: