27 İyul 2015 18:52
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı "Seltik"lə oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Teleqraf.com-un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun müəyyənləşdirdiyi siyahıda 25 futbolçu yer alıb.

"Qarabağ"ın yeni transferi Əfran İsmayılovun da adı "Seltik"lə oyunun iştirak ərizəsinə daxil edilib. Lakin viza ala bilməyən Ə.İsmayılov Şotlandiyaya aparılmayacaq.

"Qarabağ"ın hücumçusu Namiq Ələsgərov isə zədəli olduğu üçün "Seltik"lə görüşdə komandasına kömək edə bilməyəcək. Onun adı iştirak ərizəsindən çıxarılıb.


Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan

Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Daniel Kintana Sosa, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Alharbi Əl Jadeyaoui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev

Hücumçu: 29. Raydel Pupon

Ehtiyat oyunçular: 23. Tural Rzayev, 33. Eltun Turabov,


Müəllif: