İspaniyanın zorakılıq əleyhinə dövlət komitəsi ölkə kubokunun finalında baş vermiş hadisə ilə bağlı ciddi qərar qəbul edib. Komitə İspaniya Futbol Federasiyasını (RFEF), “Barselona”nı və “Atletik”i cərimələyib.
Publika.az xəbər verir ki, komitənin qərarına görə, “Barselona” ilə “Atletik” arasında keçirilən oyunda İspaniyanın himni fitə basılmışdı.
Buna görə, Kataloniya klubu 66 min avro cərimə ödəməli olacaq. Basklar isə 18 min avro cərimələnib. Federasiya isə 123 min avro ziyana düşüb.
"Barselona" təhlükəsizlik tədbirlərini yaxşı təşkil etmədiyinə görə 60 min, azarkeşlərin himni fitə basmasına görə isə 6 min avro ödəməli olacaq. "Atletik" isə hadisələri siyasiləşdirdiyinə görə cərimələnib.
Xatırladaq ki, “Nou Kamp” arenasında baş tutan oyunda “Barselona” 3:1 hesabı ilə qalib gəlmişdi.