29 İyul 2015 17:13
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”də kütləvi zəhərlənmə baş verib.


Futbolxeber.az xəbər verir ki, xoşagəlməz hadisə klubun bazasında baş verib. Əvvəllər bazanın işçiləri üçün yeməkləri təcrübəli aşpazlar hazırlayırdı.


Onların hazırladıqları yeməklərdən həm komanda üzvləri, həm də bazanın işçiləri qidalanırdı. Lakin Elnur Məmmədovun “Neftçi”yə gəlişindən sonra xüsusi personal işindən ayrılmalı olub.


O, mətbəxdə baş aşpaz da daxil olmaqla, bütün heyəti işdən kənarlaşdırıb. Səbəb kimi isə bildirilib ki, bundan sonra bazaya yeməklər kənardan sifarişlə gətiriləcək.


Bu da yekunda zəhərlənməyə gətirib çıxarıb. Keyfiyyətsiz qidalardan 20 işçi zəhərlənib. Ən pis durumda olan isə Elnur Məmmədovun köməkçisi Elnur Nağdəliyevdi.

***

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən münasibət öyrəndik.

Publika.az-a danışan klub rəsmisi bunun boş söhbət, uydurma olduğunu dedi.

Onu da qeyd edək ki, G.Abbaszadə bununla bağlı belə “facebook”da da status paylaşıb:

“Bir neçə gün əvvəl şəxsi işim olduğu üçün işə gələ bilmədim. Yalandan, zəhərlənmişəm, özümü pis hiss edirəm dedim. Görünür bu, məni sevən dostlarımı narahat edib və xəbər mətbuata "Neftçi"də kütləvi zəhərlənmə kimi ötürülüb. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. İmkan vermirsiz ki, yalan danışaq.


O ki, qaldı zəhərlənmə xəbərinə, ümumiyyətlə "Neftçi"nin 78 illik tarixində belə hadisə yaşanıb. TV-də müəllimlərimdən olmuş, rəhmətlik Valid Sənani xatirələrində yazırdı ki, 1957-ci ildə İrəvan "Spartak"ı ilə oyundan öncə mehmanxanada "Neftçi"nin futbolçularını zəhərləyiblər. Nəticədə, bir neçə aparıcı oyunçu meydana çıxa bilməyib və komandamız 0-3 hesabı ilə uduzub. Gələcəkdə "Neftçi"də bugünə qədər olan xatirlərimi yazası olsam, bu fakta rast gəlməyəcəksiniz. Çünki, yayılan xəbər yalandan başqa bir şey deyil!”


Müəllif: