Fransa superkubokunun qalibi bəlli olub.
Superkubok uğrunda son mövsümdə Liqa 1-i və ölkə kubokunu qazanaraq "qızıl dubl" etmiş PSJ və çempionatı 2-ci pillədə başa vurmuş "Lion" üz-üzə gəlib.
Qarşılaşmanın ilk hissəsində Oryerin və Edinson Kavaninin qollarıyla 2:0 hesabıyla önə keçən parislilər, bu üstünlüyü oyunun sonuna kimi qoruyub saxlaya biliblər.
Bununla da, Loran Blanın yetirmələri ardıcıl 3-cü dəfə olmaqla, ümumilikdə 5-ci superkubokunu qazanıb.
Bu sahədə rekord isə "Lion"a məxsusdur. "Şirlər" 8 dəfə bu kuboka sahib çıxıb.
Fransa superkuboku
PSJ - Lion 2:0
Orye, 11. Kavani, 17.