Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Seltik"lə 0:0 bərabərə qalıb.
Teleqraf.com xəbər verir ki, "Seltik"in futbolçusu Stüart Armstronq oyundan sonra klubun saytına açıqlama verib. O, komandasının növbəti mərhələyə yüksəlməsini belə şərh edib:
"Bu, oynadığım ən çətin və yorucu oyun idi. Matç ərzində su fasilələrin verilməsi yaxşı oldu. Çox əziyyət çəkdik. Fiziki və zehni olaraq ağır oyun idi. Matçın final fitindən sonra bizim üzümüzdəki emosiyaları görə bilərdiniz. Hamımız mərhələ keçmək istəyirdik. Daha öncə isti havada futbol oynamışam.
Ancaq bu önəmli matç olduğu üçün belə hərarətli və yüksək rütubətli görüşdə daha çox hərəkət etməli idik. Pley-off mərhələsində hansı komanda ilə qarşılaşacağımızı bilmirəm. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Pley-off oyunlarını həyəcanla gözləyirik. Ümid edirəm ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacağıq".
Rüstəm