Madrid "Real"ının baş məşqçisi Rafael Benites klub prezidenti Florentino Peresi "Yuventus"un forvardı Fernando Lorentenin alınmasına inandıra bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Cadena COPE" radiostansiyası məlumat yayıb.
Madrid klubunun rəhbəri bu qərarını gənc forvardlar - Xese Rodriqes və Borxa Mayoralyaya böyük ümidlər bəsləməsi ilə əlaqələndirib. Peresin fikrincə, hücum xətti tam olaraq komplektləşib.
Bir müddət əvvəl verilən məlumata görə isə Lorente artıq "Sevilya"ya ilə razılığa gəlib.
Rüstəm