14 Avqust 2015 12:32
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın canlı əfsanəsi Manuel Sançis "Barselona"nın fubolçusu Jerar Pikenin Madrid klubunu təhqir etməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Pike Avropa Superkuboku uğrunda "Sevilya" ilə keçirilən oyundan sonra belə demişdi: "Gəlin bayram edək, uşaqlar. Cəhənnəm olsun "Real". Qoy onlar bizim necə bayram etdiyimizi görsünlər".

Sançis "Twitter" hesabında Pikenin cavabını belə verib: "Real" nə qədər böyükdü - rəqiblər hətta öz qələbələrindən sonra da onun haqqında düşünürlər".

Manuel Sançis 1983-2001-ci illərdə "Real"da oynayıb, komandası ilə bir çox uğura imza atıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər