19 Avqust 2015 20:33
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də, öz vaxtımı gözləyirdim. Əsas olan komandamızın uğurlu çıxışıdır ki, bunu Avropa Liqasında göstəririk".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov "Qəbələ" İK qəzetinə açıqlamasında deyib.

Yay fasiləsində komandaya cəlb olunan gənc müdafiəçi AZAL-la Premyer Liqa matçında "Qəbələ"dəki rəsmi debütü haqda fikirlərini bölüşüb: "Ən vacibi komandamızın bu oyunda qalib gəlməyidir. Nəticə olanda, debüt ikinci plana keçir. Məni sevindirən odur ki, debütüm “Qəbələ”nin çempionatda ilk qələbə qazandığı oyunda baş tutdu. Məncə, ilk oyunum normal alındı. Komandamızın qələbəsi və qapısının toxunulmazlığı üçün çalışdım. Buna nail olduğumuza görə şadam".

Mirzəbəyov komandanın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Panatinaikos"la oyundakı şanslarını dəyərləndirib. "Sözsüz ki, Afina klubu güclü rəqibdir. Avropada tanınmış komandadır, avrokuboklarda çox çıxış edib. Ancaq buna baxmayaraq, qrupa düşmək şansımız var və əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. “Qəbələ”nin heyətində Avropa Liqasında bu matçlarda debüt etmək istərdim. Baş məşqçi şans versə, etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. İstənilən halda, önəmli olan komandamızın cütün qalibi olmasıdır”.

“Qəbələ”yə gələnədək ölkəmizdə “Sumqayıt”, “İnter”də çıxış etmiş 25 yaşlı müdafiəçi yeni komandası haqda bunları bildirib: “Çox gözəl infrastrukturu olan klubda yer almışam. Burada futbolçu üçün hər bir şərait yaradılıb. “İnter”də və “Qəbələ” də taktika fərqli olduğundan, cinah müdafiəçilərinin üzərinə düşən vəzifələr ayrı-ayrıdır. Mən də buna öyrəşməli oluram. “Qəbələ”nin əvvəlki illərdə də böyük potensialı vardı. Artıq bu, beynəlxaq miqyasda nəticə verir və komanda avrokuboklarda da öz sözünü deyir. Yeni mövsümdə çempionatda, kubokda da uğurlu çıxış edərək, yüksək vəzifələri yerinə yetirməyə çalışacağıq”.


Müəllif:

Oxşar xəbərlər