"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı. "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin bir üslub idi. Bakıda daha fərqli oyun olacaq, rəqib 90 dəqiqə hücum edəcək. Rəqibin heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var".
Qeyd edək ki, cavab oyunu 27-si Tofiq Bəhrəmov adına stadionda keçiriləcək.
Rüstəm