23 Avqust 2015 08:55
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib.

Musavat.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0.

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib.

Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib. Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.


Müəllif:

Oxşar xəbərlər