Türkiyə superliqasında II turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha üç qarşılaşma keçirilib.
Öz meydanında "Konyaspor"la qarşılaşan "Kayserispor" rəqibi ilə 1:1 bərabərə qalıb. "Akhisar" isə evdə "Mersin"dən üstün olub - 2:0.
Turun mərkəzi qarşılaşması İstabulda keçirilib. Burada "Beşiktaş" "Trabzonspor"u sınağa çəkib. Oyun Trabzon təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qalatasaray" - "Osmanlıspor" matçı ilə yekun vurulacaq.
22 avqust
Türkiyə Superliqası, II tur
"Kayserispor" - "Konyaspor" - 1:1
Qollar: Turuç, 18 (1:0), Vukoviç, 39 (1:1)
"Akhisar" - "Mersin" - 2:0
Qollar: Rodalleqa, 67 (1:0), Vural, 89-pen (2:0)
Qırmızı vərəqə: Özarslan, 88 ("Mersin")
"Beşiktaş" - "Trabzonspor" - 1:2
Qollar: Ərdoğan, 53 (0:1), Quarejma, 57 (1:1), Zengin, 84 (1:2)
Qırmızı vərəqə: Quarejma, 60 ("Beşiktaş")
23 avqust
21:30 "Bursaspor" - "Qaziantepspor"
21:30 "Əskişəhərspor" - "Sivasspor"
23:45 "Antalyaspor" - "Gənclərbirliyi"
23:45 "Rizəspor" - "Fənərbaxça"
24 avqust
23:45 "Qalatasaray" - "Osmanlıspor"
21 avqust
"Kasımpaşa" - "Başakşəhər" - 1:0
Qol: Skarione, 32