Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü keçirilib
Teleqraf.com uefa.com-a istinadən xəbər verir ki, püşkatma mərasimdə 48 klubun hansı qruplarda yer alacağı müəyyənləşib.
Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" və "Qəbələ" rəqibləri artıq müəyyənləşib.
Qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
Qrup A
Ayaks
Seltik
Fənərbaxça
Mölde
Qrup B
Rubin
Liverpul
Bordo
Sion
Qrup C
Borrusiya Dortmunt
PAOK
Krasnodar
Qəbələ
Qrup D
Napoli
Brügge
Legiya
Midtyulland
Qrup E
Villareal
Plzen
Rapid Vyana
Dinamo Minsk
Qrup F
Marsel
Braga
Libereç
Qroningen
Qrup G
Dnepr
Latsio
Sent-Etien
Rusenburq
Qrup H
Sportinq
Beşiktaş
Lokomotiv
Skenderbeu
Qrup I
Bazel
Fiorentina
Lex
Belenenses
Qrup J
Totenhem
Anderlext
Monako
Qarabağ
Qrup K
Şalke
APOEL
Sparta Praqa
Asteras
Qrup L
Atletik Bilbao
Az Alkmar
Ausburq
Partizan
Qeyd edək ki, Avropa Liqasının finalı İsveçrədə, Bazel şəhərində keçiriləcək.
Rüstəm