12 Sentyabr 2015 18:55
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mövcud vəziyyətdən narazıyam. Ancaq əvvəlkindən daha çox çalışıram. Dəyişmək istəmirəm. Optimistəm, çünki futbolçularıma inanıram. Onlar da mənə güvənir. Birlikdə çətinliyi aradan qaldıracağıq".

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo deyib.

Komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən portuqaliyalı mütəxəssis "Çelsi"də qalacağını vurğulayıb:

"Heç bir halda "Çelsi"ni tərk etmək istəmirəm. Klub da mənimlə yollarını ayırmağı düşünmür. "Çelsi"dən getməyəcəm, klub da məni qovmayacaq. Əgər kimsə bunun əksini düşünürsə, deməli o, vəziyyəti bilmir. Bizim sadəcə bir problemimiz var. Gözlədiyimiz nəticəni qazana bilmirik".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 4 turdan sonra 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər