"Real"ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb. 23 yaşlı ispanın xidmətində "Arsenal" maraqlıdı.
Məlumata görə, London klubu İsko üçün Madrid təmsilçisinə 30 milyon avro ödəməyə hazırdı. La Liqa nəhənginin bu təklifə necə reaksiya verəcəyi maraqla gözlənilir.
"Arsenal" qış "transfer pəncərəsi" açılan kimi futbolçunu heyətinə qatmağı planlaşdırır. "Yuventus" bu yay İskonu heyətinə qatmağa çalışsa da, istəyinə nail ola bilmədi.
İsko bu mövsüm "Real"ın heyətində 3 oyunda iştirak edib, heç nə ilə yadda qalmayıb.
Rüstəm