Braziliya futbolunun canlı əfsanəsi Ronaldo Çində 30 futbol məktəbi açmaq niyyətindədi.
Teleqraf.com xəbər verir ki, Braziliya millisinin 39 yaşlı sabiq-hücumçusunun planına əsasən, məktəblərin əksəriyyəti Pekin, Şanxay və Şençjen şəhərlərində açılacaq.
Bu barədə "Reuters" məlumat yayıb. Artıq bu ilin noyabrında Çinin paytaxtında məktəblərdən birinin açılışı olacaq:
"Burda biznes önəmlidi. Lakin bundan başqa Çində futbolun populyarlığı öz sözünü deyir. Ölkə rəhbərliyi bu idman növünün daha da inkişafı üçün əlindən gələni edir. Ümid edirəm ki, mənim metodikam Çin futbolunun inkişafına yardım edəcək".
Rüstəm